Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Kibercinayətkarlıq və ona qarşı mübarizə üsulları''  mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan  Dövlət Universiteti  və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası  İdarəsinin aidiyyatı əməkdaşları ilə birgə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Kibercinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən  danışıb. 
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla Mübarizə bölməsinin  əməkdaşı Əli Qasımlı, Naxçıvan  Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası  İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov mövzu ilə bağlı çıxış ediblər.                                                                                               Kibertəhlükəsizlik kibercinayətlərdən müdafiə üçün informasiya təhlükəsizliyi üzərində aparılan tədbirlər toplusudur. Məlumdur ki, qurulmuş bir sistem varsa, bu sistemi pozmağa çalışanlar da var. Yeni düyada isə bu kibercinayətkarlıq sayılır. Kibercinayətlərdən qorunmaq isə heç də asan iş deyil. Kiberhücumların vurduğu ziyanın əhatəsi - kiberdünyanın sakinlərindən tutmuş, dövlət qurumlarına, idarəetmə sistemlərinə, “ağıllı” adlanan bütün texnoloji ekosistemə, kritik infrastruktur sistemlərinə qədər kəskin şəkildə genişlənməkdədir. Bəlkə də bu səbəbdən kibercinayətkarlıq - qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə, böyük ictimai-siyasi təsirlərə malikdir.  Buna görə də kibercinayətkarlığa qarşı ölkəmizdə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.