Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Dövlət Unversitetinin aidiyyatı əməkdaşları ilə birgə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Kibercinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, kibercinayətkarlıq - qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə, böyük ictimai-siyasi təsirlərə malikdir. Buna görə də kibercinayətkarlığa qarşı ölkəmizdə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır. Tədbirdə həmçinin, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov və Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.