
Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən "Sudan səmərəli və qanuni istifadə " ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə mayın 7-də Babək rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə Babək rayon İcra hakimiyyətində yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə Sudan səmərəli və qanuni istifadə ilə bağlı tədbir keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun şöbə rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov və
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ilə bağlı ortaya çıxan suallar tədbir iştirakçıları tərəfindən cavablandırılıb.