Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar Açıq Qapı" günü keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar Açıq Qapı" günü keçirilib.

Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə aprelin 9-da Naxçıvan Muxtar Respublikası prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün "Açıq qapı" günü keçirilib.

Tədbir çərçivəsində prokurorluğun əməkdaşları Faiq Səfərov, İbrahim Mənsimov və Elvin Hüseynov tələbələrə prokurorluğun fəaliyyət istiqamətləri, eləcə də Elektron Prokurorluq İnformasiya Sistemi barədə tələbələrə ətraflı məlumat verib, onları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq izlərinin götürülməsi əyani olaraq tələbələrə izah olunub.