Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Bu gün Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, onların əziz xatirəsini hörmətlə və ehtiramla yad ediblər.