Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və əməkdaşları 1 oktyabr – "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibəti ilə Ümümmilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və əməkdaşları 1 oktyabr – "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibəti ilə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibətilə oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev və prokurorluğun şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsini ziyarət edib önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər, seləcə də Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.