

Naxçıvan Muxtar Respublikasında keçirilən “BookFest”-də 08-11 may 2024-cü il tarixlərində Naxçıvan şəhərindəki “Saat meydanı” Turistik İstirahət Mərkəzində təşkil olunan Kitab Festivalında panel müzakirələrdə Naxçıvan Muxtar Respublikası prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov iştirak edib.
Kitab Festivalı çərçivəsində təşkil olunan panel müzakirədə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin əməkdaşı Dilruba Qaraşova və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Almaz Məmmədova ilə birlikdə "Uşaqlar nədən əziyyət çəkir, sağlamlıq, yoxsa qayğı?" mövzusunda müzakirə aparıblar.
Müzakirə zamanı ortaya çıxan suallar ətraflı cavablandırılıb.