Naxçıvan şəhər pokurorluğunun əməkdaşı məktəblilərlə “Erkən nikahın fəsadları'” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşı məktəblilərlə “Erkən nikahın fəsadları'” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Fərid Orucəliyev “On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili, cinayət və inzibati məsuliyyət yaratması” mövzusunda çıxış edib .Tədbirdə şagirdlərə erkən nikahın mənfi nəticələri, uşaqların təhsilinə, fiziki və psixoloji sağlamlıqlarına təsiri, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyində erkən evliliklə bağlı nəzərdə tutulmuş cinayət və inzibati məsuliyyət barədə ətraflı məlumat verilib. Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.