Naxçıvan şəhər pokurorluğunun əməkdaşı məktəblilərlə “Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşı məktəblilərlə “Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.

Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə “Təmiz gələcək – #YoxDe” adlı proqramların təşkili nəzərdə tutulmuşdur. Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Sərxan Həsənzadə “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramı çərçivəsində " mövzusundavə çıxış edib .Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.