Naxçıvan şəhər pokurorluğunun əməkdaşı məktəblilərlə “ Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Ramiq Əliyev "Uşaqlar və cəmiyyət" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.