Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov və şəhər prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas Amin Məmmədzadə " Erkən nikah ailə faciəsinin təməlidir" mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.