Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “ Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “ Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri də iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" başlıqlı mövzu ilə, şəhər prokurorluğunun müstəntiqi ll dərəcəli hüquqşünas" Amin Məmmədzadə isə "Vətənpərvərlik" mövzusunda çıxış ediblər.