

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Kibercinayətkarlıqdan necə qorunmalıyıq" mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Asudə Məmmədova iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Kibercinayətkarlq nədir və ondan necə qorunmalıyıq" mövzusunda, şəhər prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas Amin Məmmədov isə "Kiberdələduzluq" mövzusunda çıxış ediblər .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.