Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi II dərəcəli hüquqşünas Sərxan Həsənzadə və şəhər prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Aygül Əsədova " Konstitusiyamızada təsbit olunan insan hüquq və azdlıqları" mövzusunda çıxış ediblər.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.İnsan ləyaqəti qorunmalı və ona hörmət edilməlidir. Hər bir şəxs öz hüquqlarını bilməlidir bu səbəbdən maarifləndirmənin mühüm rolu vardır.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.