

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusiya və Suverenlik ili” mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Ramiq Əliyev "Sağlamlıq imkanları məhdud uşaqların təhsili" mövzusunda, şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Sərxan Həsənzadə isə "Heydər Əliyev və müasir gənclik" mövzusunda çıxış ediblər .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.