Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Narkomaniya bəşəriyyətin bəlasdır" başlıqlı mövzu ilə,şəhər prokurorluğunun müstəntiqi ll dərəcəli hüquqşünas Amin Məmmədzadə isə "Ətraf mühitin mühafizəsini qorumaq hər bir şəxsin vətəndaşlıq borcudur" mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.