

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Aygül Əsədova "Narkomaniya bəşəriyyətin bəlasdır" başlıqlı mövzu ilə,şəhər prokurorluğunun müstəntiqi ll dərəcəli hüquqşünas Amin Məmmədzadə isə "Narkomaniyaya yox deyək " mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.