

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə “Təmiz gələcək – #YoxDe” adlı proqramların təşkili nəzərdə tutulmuşdur. Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas Fərid Orucəliyev “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramı çərçivəsində " mövzusundavə çıxış edib .Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.