Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə "Ətraf mühiti qoruyaq" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə "Ətraf mühiti qoruyaq" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur" başlıqlı mövzu ilə, şəhər prokurorluğunun müstəntiqi ll dərəcəli hüquqşünas Amin Məmmədzadə isə "Ətraf mühiti qoruyaq"mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.