

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Ramiq Əliyev "Gənclərə hərbi vətənpərvərlik tərbiyəinin aşılanması" başlıqlı mövzu ilə,şəhər prokurorluğunun müstəntiqi ll dərəcəli hüquqşünas Amin Məmmədzadə isə "Şagirdlərdə hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi əsas hədəflərdəndir" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.