Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi II dərəcəli hüquqşünas Sərxan Həsənzadə və şəhər prokurorunun köməkçisi ll dərəcəli hüquqşünas Aygül Əsədova " Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib.