Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov və şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Amin Məmmədzadə "Yetkinlik yaşına çatmayanların barəsində cinayət məsuliyyətinin və cəzasının xüsusiyyətləri" mövzusunda çıxış ediblər .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.