Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə "Dahi Öndərin şah əsəri" mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin gənclərin çağrışaqədərki hazırıiğı üzrə rəhbəri iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyevin şah əsəridir " mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.