Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə "Ətraf mühiti qorumaq hər bir kəsin borcudur" mövzusunda maarifləndirici görüş keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Aygül Əsədova "Ətraf mühitin mühafizəsinin hüquqi əsasları" mövzusunda çıxış edib. Keçirilən tədbirlərin məqsədi gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması ilə yanaşı Vətənimizin zəngin təbiətini qorumaq, mühafizə etmək, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarına riayyət edilməsi, həmçinin ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi hər birimizin borcu olduğunu aşılamaq və gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirməkdir.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.