Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühiti qorumaq hər kəsin vətəndaşlıq borcudur" mövzusunda maarifləndirici görüş keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Ramiq Əliyev "Ətraf mühiti qorumaq vətəndaşlıq borcumuzdur" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.