Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaqların hüquq və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaqların hüquq və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə və Uşaq hüquqları aylığına uyğun olaraq tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Şahmar Həşimov “ Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri" mövzusunda çıxış edib .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.