Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaqların hüquqları necə qorunur" mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaqların hüquqları necə qorunur" mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Ailədə uşaqların hüquqları " mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.