Ordubad rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “"Konstitusiya və Suverenlik ili "çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” mövzusunda maarifləndirici görüş keçirib.

Ordubad rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “"Konstitusiya və Suverenlik ili "çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” mövzusunda maarifləndirici görüş keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Düylün kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru iştirak edib.
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli "Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev" mövzusunda çıxış edib.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.