Ordubad rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda maarifləndirici tədbir keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Dırnıs kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və psixoloqu iştirak edib.
Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Fərid Orucəliyev "Azərbaycan dövlətinin qurucusu və memarı" mövzusunda çıxış edib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.