Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Aşağı Əylis kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri də iştirak edib.
Tədbirdə Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli "Vətən torpağı müqəddəsdir" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.