Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir"mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir"mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Aza kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin psixoloqu iştirak edib.
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir" mövzusunda çıxış edib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.