

Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə" Müstəqilliyin Hüquqi Bünövrəsi" mövzusunda maarifləndirici tədbir keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Vələver kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Səxavət Seyidov və direktor müavini Sənəm Xudaverdiyeva iştirak ediblər.
Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Fərid Orucəliyev "Müstəqilliyin Hüquqi Bünövrəsi - Konstitusiya və Suverenlik İli " mövzusunda çıxış edib. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edib,Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edilib bu irsi gələcəyin gənclərinə aşılamaq hər bir kəsin borcudur.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.