Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Nüsnüs kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

Tədbirdə Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Fərid Orucəliyev “Ətraf mühitin qorunması nə üçün vacibdir ” başlıqlı mövzu ilə çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.