Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Uşaq hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Uşaq hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Aşağı Əylis kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli "Uşaqlar sosial təhlükədə olduqda valideynlik hüquqlarının məhdudlaşdırıması və yaxud valideynlik hüququndan məhrum edilməsinin hüquqi əsasları" mövzusunda çıxış edib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.