Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaqlar gələcəyimizin aynasıdır" mövzusunda maarifləndirici tədbir keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Əndəmic kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini və psixoloqu iştirak edib.
Tədbirdə Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Fərid Orucəliyev "Uşaqlar gələcəyimizdir" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.