Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Dəstə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Tədbirdə Ordubad rayon prokurorluğunun müstəntiqi Tuncay Əsgərli "Təbiəti qorumaq hər birimizin borcudur" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.