Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Dəstə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Ordubad rayon prokurorunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Ülvi Hüseynov " Ekologiyanın qorunmasının əsas istiqamətləri" mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.