Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Məhəmməd Füzuli adına Ordubad şəhəri tam orta nternat məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Ordubad rayon prokurorunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Ülvi Hüseynov "Narkomaniya ilə mübarizə hər kəsin borcudur" mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.