Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Gənzə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və psixoloqu iştirak edib.

Tədbirdə Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Fərid Orucəliyev “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət fəaliyyətinin ayrılmaz tərkib hissəsidir” başlıqlı mövzu ilə, rayon prokurorluğunun stajor müstəntiqi Tuncay Əsgərli isə "Narkomaniyaya yox deyək" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.