

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "“Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə “Təmiz gələcək – #YoxDe” adlı proqramların təşkili nəzərdə tutulmuşdur.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Azadkənd kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Ülvi Hüseynov “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramı çərçivəsində çıxış edib.
Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.