

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Tütündən istifadənin zərərləri” mövzusunda maarifləndirici tədbir keçirib.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Ordubad rayon 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli və rayon prokurorunun köməkçisi Ülvi Hüseynov “Tütündən istifadənin zərərləri və uşaqları bu zərərli vərdişdən uzaq tutmağın yolları" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.