

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.
Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Fərid Orucəliyev "Vətənpərvərlik nədir?" başlıqlı mövzu ilə, rayon prokurorluğunun stajor müstəntiqi Tuncay Əsgərli isə "Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız və mənliyimizdir” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.