Prokurorluq işçiləri üçün "Etik davranışın qayda və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər" mövzusunda seminarlar keçirilib.

Prokurorluq işçiləri üçün "Etik davranışın qayda və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər" mövzusunda seminarlar keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokuroluğunun təşkilatçılığı ilə Prokuroluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının tabe rayon (şəhər) prokurorluqlarında seminarlar keçirilib. Seminarlarda rayon (şəhər) prokurorluqlarının əməkdaşları iştrak edib.

Seminarda Naxçıvan Muxtar Respublikası Prokuroluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov " Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi" Prokurorluq işçiləri üçün etik davranışın qayda və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.