Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycana dövlət səfərinə gəlib.

Səfər çəeçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”ni imzalayıblar.