Sədərək rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Azərbaycan dövlətinin qurucusu və memarı"mövzusunda maarifləndirici tədbir keçirib.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Sədərək kənd 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Sədərək rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Rəmzi Həsənov "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdir" mövzusunda çıxış edib.
Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır,ona görə də gələcək nəsillərə bu xidmətlərin aşılanması hər kəsin vəzifə borcudur.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.