Sədərək rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Konstitusion hüquqlarımız" mövzusunda maarifləndirici tədbir keçirib.

Sədərək rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Konstitusion hüquqlarımız" mövzusunda maarifləndirici tədbir keçirib.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qaraagac kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Sədərək rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Rəmzi Həsənov "Milli suverenliyimizin əsasını Konstitusiyanın aliliyi təşkil edir" mövzusunda çıxış edib.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.İnsan ləyaqəti qorunmalı və ona hörmət edilməlidir. Hər bir şəxs öz hüquqlarını bilməlidir bu səbəbdən maarifləndirmənin mühüm rolu vardır.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.