

Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə " 27 sentyabr anım gününə həsr olunmuş" maarifləndirici tədbir keçirib.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Heydərabad qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə 27 sentyabr anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Sədərək rayon rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Rəmzi Həsənov "44 günlük Vətən müharibəsi şanlı tariximizdir" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.