

Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Erkən nikahın fəsadları" mövzusunda maarifləndirici tədbir keçirib.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayonun Heydərabad qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Sədərək rayon prokurorunun köməkçisi, l dərəcəli hüquqşünas Rəmzi Həsənov " Erkən nikahlar gender bərabərliyinin və uşaq hüquqlarının pozulmas kontekstində " mövzusunda məktəbin şagirdləri qarşısında çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.