Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Hərbi vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçirib.

Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Hərbi vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçirib.

Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.Tədbirdə məktəbin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini iştirak edib.
Tədbirdə Sədərək rayon prokurorunun köməkçisi, l dərəcəli hüquqşünas Rəmzi Həsənov ""Azərbaycan Respublikası qanunvericiliyinə əsasən vətəndaşların həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırışın əsasları" mövzusunda məktəbin şagirdləri qarşısında çıxış edib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.