

Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir" mövzusunda maarifləndirici tədbir keçirib.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayonun Heydərabad qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Sədərək rayon prokurorunun köməkçisi, l dərəcəli hüquqşünas Rəmzi Həsənov Konstitusiya və suverenlik ili çərçivəsində "Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir " mövzusunda məktəbin şagirdləri qarşısında çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.